warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 747 dəfə oxunub

Daha bir icra başçısının tikinti üzrə "əsas adamı" həbs olunub? - Yeni xəbər yayıldı

10 Oktyabr 2018 [16:01]
Sabunçu Rayon İcra Hakimiyyətinin icra başçısı Adil Vəliyevin qoçusu kimi tanınan Həbib adlı əməkdaşı saxlanılıb.

Bu barədə AFN-ə məlumat verən mənbənin sözlərinə görə, İH əməkdaşı 4 aya yaxındır həbs olunub. Bildirilir ki, Həbib (soyadını öyrənə bilmədik-red.) Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 20 min manat rüşvət alarkən saxlanıb. 

Onun evindən 280 min manat vəsaitin götürüldüyü də saytımıza verilən məlumatlar arasındadır.

Qeyd edək ki, Həbin daha çox Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin sağ əli kimi tanınıb. O, Sabunçu rayonu ərazisində tikintiyə nəzarət edən şəxs olub. Haqqında şikayətlər çox olsa da, Həbib tanınmış hüquqşünas Aslan İsmayılovla yaranmış mübahisə zəminində gündəmə gəlib.

Xatırladaq ki, bir müddət öncə A.İsmayılov məlumat yayaraq Abbas Quliyev adlı Bakı sakininin Kürdəxanı qəsəbəsində 24 sot torpaq sahəsini hasara alması üçün Sabunçu İH-də Həbib adlı şəxsin vətəndaşdan hər sota görə 3000 manat rüşvət istəməsini bildirmişdi. Həmin proses sonda insidentlə nəticələnmişdi və vətəndaşın xahişi əsasında hüquqşünas məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlamışdı. 

Mənbəmizin bizə bildirdiyinə görə, Həbibi rayon ərazisində tikinti fəaliyyəti ilə məşğul olan hər kəs tanıyır: "Bir adam daşı daş üstə onun icazəsi olmadan qoya bilməzdi. Amma necə deyərlər, su çanağı suda sındı və Həbib rüşvət üstündə yaxalandı".

Qarşı tərəfin mövqeyini verməyə hazırıq/AFN.az.


SON XƏBƏRLƏR
17:37 23.04.2019
Tramp Fransaya gedir