Şriftin ölçüsü / 59 dəfə oxunub

Oqtay Əsədov Əli Laricani ilə görüşdü - Türkiyədə müzakirə

10 Oktyabr 2018 [14:51]
Milli Məclisin sədri Oqtay Əsədov Antalya şəhərində İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.

Mia.az Milli Məclisə istinadən bildirir ki, Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə ölkələrimizin qanunverici orqanları arasında münasibətlərin inkişafına dair səmərəli fikir mübadiləsi aparılıb.

Tərəflər parlamentlər arasında əlaqələrin inkişaf dinamikasını yüksək dəyərləndiriblər. 

Ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərindən danışılan görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirələr də aparılıb.

Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Şimal-Cənub dəhlizi üçün böyük perspektivlər yaradır.


SON XƏBƏRLƏR