Şriftin ölçüsü / 131 dəfə oxunub

Ağcabədidə brakonyer saxlanıldı - 1000 manat cərimələndi

10 Oktyabr 2018 [14:20]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Kəbirli kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Mia.az ETSN-ə istinadən bildirir ki, araşdırma zamanı brakonyerin Füzuli rayon sakini Əbil Məhərrəmov olduğu müəyyən edilib:

"Ondan ov tüfəngi götürülüb. Faktla bağlı Ə.Məhərrəmov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 1000 manat məbləğində cərimə edilib".


SON XƏBƏRLƏR