Şriftin ölçüsü / 57 dəfə oxunub

Zakir Həsənov Özbəkistana səfərə gedəcək - Məqsəd

10 Oktyabr 2018 [11:10]
Özbəkistan paytaxtı Daşkənd şəhərində oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün oktyabrın 11-də Özbəkistana yola düşəcək.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.


SON XƏBƏRLƏR