Şriftin ölçüsü / 250 dəfə oxunub

Bakı-Sumqayıt yolunda maşın arakəsməyə çırpıldı - Polisin oğlu ÖLDÜ (YENİ-VİDEO)

10 Oktyabr 2018 [10:31]
Bakı-Sumqayıt yolunda ağır yol-nqəliyyat hadisəsi baş verib.

Mia.az report-a istinadən xəbər verir ki, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai-Sonata" markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələr çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.

Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur.

Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.

Faktla bağlı araşdırma aparılır

09:26

Bakı-Sumqayıt magistralında avtomobil qəzası baş verib.

Unikal.org-un məlumatına görə, hadisə səhər saat 7:30 radələrində Xırdalan qəbristanlığının yaxınlığında qeydə alınıb.

Belə ki, 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai Sonata" markalı avtomobil dəmir arakəsməyə çırpılıb. Qəza nəticəsində yolda tıxac yaranıb.




SON XƏBƏRLƏR