10-10-2018 [10:58]
Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, 15 il həbs cəzası almış Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın Londonda dəyəri 28.5 milyon dollar olan elit malikanəsini məhkəmə qərarı ilə müsadirə etməsi bu ölkədə çirkli pulların yuyulmasına qarşı sərt mübarizənin başlandığını göstərdi.
"Yeni Müsavat”ın yazdığına görə, növbəti hədəf sabiq nəqliyyat naziri Ziya Məmmədov və onun oğlu Anar Məmmədov ola bilər.
Qəzet yazır ki, A.Məmmədov iki ilə yaxındır ki, Azərbaycanı tərk edib və Bakıya hələ də bilinməyən səbəblərdən qayıtmır. Məmmədovların Avropanın bir sıra ölkələrində biznesləri olduğu təzə xəbər deyil. Onlar bu illər ərzində Avropada müxtəlif adlarla şirkətlər yaradıblar ki, indi onların bəziləri hələ də fəaliyyət göstərir.
Britaniyada Məmmədovların "BROOKWOOD INTERNATIONAL lIMITED” şirkəti olduğu rəsmi mənbələrlə təsdiqlənmiş məlumatdır. Şirkətin təsisçisi və direktoru A.Məmmədovdur. Şirkətin yerləşdiyi özəl mülkiyyət isə A.Məmmədov tərəfindən hələ bir neçə il bundan əvvəl 2 milyon 700 min funt sterlinqə alınıb. Bir il əvvəl isə Məmmədovlar bu malikanəni 9 milyon 500 min funta satışa çıxarmışdılar. Malikanənin yerləşdiyi küçə Londonun bahalı ərazilərindən hesab olunur. Malikanəni satılıb-satılmadığı məlum deyil. Bilinən həm də budur ki, Məmmədovların rusiyalı və səudiyyəli oliqarxlarla Britaniyada şərikli daha bir neçə şirkətləri var. A.Məmmədov son olaraq ölkəni tərk etdikdən sonra onun Londondakı çox bahalı "One Hyde Park” yaşayış kompleksində mənzil aldığı xəbəri də yayılmışdı ki, bu günədək də təkzib olunmayıb.
Məmmədovlar ailəsinin xaricdə nə qədər əmlakı olduğuna dair dəqiq bilgi yoxdur, amma güman edilir ki, bu əmlak və şirkətlərin dəyəri bir neçə milyardla hesablana bilər.
İngiltərə bir neçə il bundan əvvələdək oliqarxlar üçün cənnət sayılırdı və bu ölkəyə yönləndirilən pulların mənbələri ilə rəsmi London maraqlanmırdı. Amma dünyada çirkli pulların yuyulmasına göz yuman ölkə kimi tanınması Britaniyanı narahat etməyə başladı. İlk dəfə Zamirə Hacıyevaya tətbiq edilən həmin qanun əslində təxminən iki il əvvəl qəbul edilib, amma indi işləməyə başlayıb. Güman ki, varidatının mənbəyi şübhəli olan bir neçə oliqarxın adı da artıq "qara siyahı”ya salınıb. Bu sırada isə Məmmədovların olacağı gözləniləndir.
Qeyd edək ki, sözügedən qanunla Böyük Britaniyanın nəzarət orqanlarına 70 min dollardan yuxarı dəyəri olan şübhəli aktivlərə sahibi həmin pulun mənbəyini lazımi qaydada izah etməyənə qədər həbs qoymağa imkan verir. Britaniyanın Milli Cinayət Agentliyinin hələ 2016-cı ildə yaydığı hesabatda bildirilirdi ki, Londonu çirkli pulların yuyulması və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlər və dövlətlər arasında Azərbaycanın da adı var.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"