Azərbaycandan Fələstinə 200 min dollarıq yardım - XİN açıqladı

img

10-10-2018 [10:53]


Azərbaycan Fələstinə 200,0 min ABŞ dolları məbləğində yardım ayırıb.

XİN-dən Mia.az-a daxil olan məlumatda bildirilir ki,Azərbaycan Fələstin xalqının çətin günlərində hər zaman yanında olduğunu və islam həmrəyliyinə sadiqliyini nəzərə alaraq, hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşənBirləşmiş Millətlər TəşkilatınınFələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East – UNRWA)cari ilin oktyabr ayında 200,0 min ABŞ dolları məbləğində yardım edib.

Qeyd edək ki, 1948-ci ildə yaradılmış UNRWA Yaxın Şərq regionunda 5 milyondan artıq fələstinli qaçqına təhsil, səhiyyə, fövqəladə hallarda humanitar yardım, sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir. Cari ildə Agentliyin büdcəsində kəskin kəsrin yaranması bu təşkilatın normal fəaliyyətinə və proqramlarının davamlılığına əhəmiyyətli dərəcədə risk yaradıb. Bununla əlaqədar olaraq, UNRWA-ya dəstəyin göstərilməsi məqsədilə beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif kampaniyalar həyata keçirilir, bir sıra ölkələr tərəfindən bu təşkilata əlavə yardımın edilməsi üçün addımlar atılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR