Şəhid polislərin yaxınlarına niyə "qanpulu" verilmir? - SƏBƏB

img

09-10-2018 [19:38]


Oktyabrın 9-da notariuslara müraciət edən ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan polislərin ailələri bundan yararlana bilməyəcəklərini öyrəniblər. Bundan narazı qalan şəhid polislərin ailələri arasında müəyyən çaşqınlıq yaranıb.

«Qarabağ Qaziləri» İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlunun Qaziler.az verdiyi məlumata görə, bu sərəncam şəhid polislərin ailələrinə hələlik şamil edilməyəcək. Çünki dövlət başçısının bu sərəncamı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə aid edilir.

"Bu, hələlik şəhid polislərin ailələri aid deyil. Amma Daxili İşlər Nazirliyinin daxili qoşunlarının şəhid olmuş əsgər və zabitlərinə şamil edilir. Çünki onlar hərbi qulluqçu sayılırlar. Polislər isə hərbi qulluqçu deyil. Prezidentin sərəncamında isə birbaşa hərbi qulluqçular nəzərdə tutulub" - deyə R.Kərimoğlu bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən bu gündən etibarən şəhid hərbi qulluqçuların yaxınlarına qanpulu verilməsi prosesinə başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR