ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide "Qaçqınkom" sədri məcburi köçkünlərlə görüşdü - Problemlər araşdırıldı - mia.az
Şriftin ölçüsü / 143 dəfə oxunub

"Qaçqınkom" sədri məcburi köçkünlərlə görüşdü - Problemlər araşdırıldı

09 Oktyabr 2018 [18:50]
Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Komitədən Mia.az-a verilən məlumata görə, qəbulda Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak edib.

Əvvəlcədən qəbula yazılmış vətəndaşlar fərdi şəkildə qəbul edilib, müraciətləri dinlənilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qəbul etdiyi məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil, qeydiyyat, vahid aylıq müavinət məsələləri ilə bağlı olub. Məcburi köçkünlər öz problemləri barədə məlumat verməklə yanaşı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən dövlət proqramının icrasından, Heydər Əliyev Fondunun bu sahədəki xeyirxah xidmətlərindən razılıqlarını bildiriblər.

Sosial problemlərinin həlli ilə əlaqədar Dövlət Komitəsinin sədrinə müraciət edən məcburi köçkünlərə bir daha məlumat verilib ki, onlarla bağlı məsələ Prezident İlham Əliyev tərəfindən ölkəmizdə uğurla icra edilən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Dövlət başçısının bu kateqoriyadan olan vətəndaşların məşğulluğunun təmin edilməsi, maddi rifahının yüksəldilməsi üçün verdiyi tapşırıqlar icra olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır və ən qəzalı şəraitdə yaşayan məcburi köçkünlər üçün yeni yaşayış sahələrinin inşasına şəxsən nəzarət edir. Həyata keçirilən tədbirlər məcburi köçkünlərin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu göstərir.

Dövlət Komitəsinin rəhbəri və məsul işçiləri tərəfindən qəbul edilən məcburi köçkünlərin müraciətləri müvafiq qaydada qeydə alınıb. Müraciətlərin hər biri ayrı-ayrılıqda araşdırılacaq və qanuna uyğun tədbirlər görüləcək.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR