İndoneziyada sunami və zəlzələ nəticəsində ölənlərin sayı 2 mini ötüb

img

09-10-2018 [18:27]


İndoneziyada sentyabrın 28-i baş vermiş zəlzələ və sunami nəticəsində ölənlərin sayı 2 mini ötüb.

Bu barədə İndoneziyanın Təbii Fəlakət Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi xəbər verir.

Bundan əvvəl bildirilmişdi ki, 5 minə yaxın insan itkin düşüb və onları tapmaq hələdə mümkün olmayıb. İndoneziyanın xilasetmə xidmətləri axtarışları oktyabrın 11-də dayandıracaq.

Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi rayonunda 7,4 bal gücündə zəlzələ, ardınca təqribən 2 sutka ərzində 170 təkrar təkan qeydə alınıb. Güclü yeraltı təkanlar zamanı sunami yaranıb, dalğaların hündürlüyü 3-5 metr olub/Trend.

Digər xəbərlər
SON XƏBƏRLƏR