Yoxa çıxan jurnalistlə bağlı 150 kamera incəlləndi, 2-də 2 şübhəli maşın, 7 şəxs üzə çıxdı

img

09-10-2018 [17:44]


Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra xəbəri alına bilməyən "Washington Post” qəzetinin köşə yazarı, Səudiyyə Ərəbistanı əsilli Cemal Kaşıkçı ilə bağlı mühüm açıqlama yayılıb.

Mia.az Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, konsulluğun əhatə etdiyi ərazidə 150 kamera vasitəsi ilə araşdırma aparılıb. Bu kameralardan ikisində Cemal Kaşıkçının konsulluğa daxil olduğu aydın görünsə də, onun binanı tərk etməsi faktı üzə çıxmayıb: "Görüntülərdə konsulluqdan çıxan iki şübhəli maşınla yanaşı,  7 nəfər də şübhəli şəxs müəyyənləşdirilib. Həmin şəxslər jurnalistin binaya daxil olmasından 30 dəqiqə sonra gəlib və təxminən 2.5-3 saat sonra Türkiyəni tərk ediblər".  


Digər xəbərlər
SON XƏBƏRLƏR