Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınıb - Müdafiə Nazirliyi

img

09-10-2018 [17:10]


NATO-nun "Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycan ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR