ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide "Sərxoş vəziyyətdə idi..." - Narkoloji Mərkəzin tibb bacısı məhkəmədə dindirilib - mia.az
Şriftin ölçüsü / 171 dəfə oxunub

"Sərxoş vəziyyətdə idi..." - Narkoloji Mərkəzin tibb bacısı məhkəmədə dindirilib

09 Oktyabr 2018 [16:09]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Çimnaz Ağayev ifadə verib.

O, Narkoloji Mərkəzdə tibb bacısı vəzifəsində çalışdığını bildirib: "Mən hadisə günü gündüz növbəsində işləmişdim. Sonra növbəmi Şəlalə xanıma təhvil verib getdim. Səhər gələndə ora yanmışdı. Mərkəzdə 55 xəstə var idi. Hadisədən 4 ay əvvəl Məhəmməd ora içkili vəziyyətdə müalicə üçün gəlib. Təzə gələndə onunla söhbət etmişəm, sərxoş vəziyyətdə idi. Həmin dövrlərdə Məhəmmədin iynələrini mən də vurmuşam".

Hakim deyib ki, Ç.Ağayevin ifadələri arasında ziddiyətlər var. O, ilkin ifadəsində M.Məmmədovuun mərkəzdən qaçmağa meyilli olduğunu söyləyib. Şahid belə söz demədyini bildirib.

Hazırda proses davam etdirilir.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR