Şriftin ölçüsü / 114 dəfə oxunub

Azərbaycan sərhədində əməliyyat - 3 Azərbaycan, 1 İran vətəndaşı saxlanıldı

09 Oktyabr 2018 [15:37]

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və pe­şəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriy­yədən çıxarılması təmin olunub.

Mia.az DSX-ya istinadən xəbər verir ki, həmin tarixdə saat 00:56 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Sım kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş qoşun və əməliyyat-axtarış təd­bir­ləri nə­ti­cəsində İrandan Azərbaycana dövlət sərhədini pozaraq keçmiş İran vətəndaşı 1983-cü il təvəllüdlü Şahbazi Əkbər Dilavər sərhəd pozucusu qismində saxlanılıb:

"Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən 1 kq 200 qram heroin, 710 qram tiryək, 200 ədəd "tereqabalin” psixotrop maddəsi və 15 qutu "metrotan” həbləri aşkar olunub. Keçirilmiş əməliyyat-ax­tarış tədbirləri nəticəsində narkotik vasitəni qəbul etmək üçün həmin əraziyə gəlmiş Azər­baycan vətəndaşları Astara rayon sakinləri 1972-ci il təvəllüdlü Əkbərov Rövşən Firuddin oğlu, 1982-ci il təvəllüdlü Vəli­ye­va Xəyalə Yaqut qızı, həmçinin narkotik vasitənin sifarişçisi Lənkəran rayon sakini 1986-cı il təvəllüdlü Məm­mədov Pərviz Əsəd oğlu saxlanılaraq istintaqa cəlb edilib".

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.



SON XƏBƏRLƏR