Pasiyent qadın həkimi döydü - Bakıda klinikada dava + FOTO

img

09-10-2018 [14:06]


Bakıda Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 184-də yerləşən "Turan" klinikasında pasiyent həkimi döyüb.

Mia.az ölkə.az-a istinadən xəbər verir ki, klinikada həkim işləyən, 1984-cü il təvəllüdlü Jalə Həsənova orada müalicə alan Fazilə Mahmudova tərəfindən döyülüb.

Zərərçəkən döyülmə faktı ilə əlaqədar 34-cü polis bölməsinə şikayət ərizəsi yazıb. Hazırda məhkəmə-tibbi ekspertizası təyin edilib.

Faktla əlaqədar Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR