09-10-2018 [12:37]
Xəbər verdiyimiz kimi, BNA (Bakı Nəqliyyat Agentliyi) paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə artıq yol kəsişmələrində sarı torların təşkilinə başlayıb. Pilot layihə olaraq, ilk sarı kəsişmə toru S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində çəkilib.
Dünyanın bir çox ölkələrində mövcud olan bu xəttləmə növü yolayrıcında sürücülərin tıxac yaratmaması üçün tətbiq edilir. Agentlik sarı kəsişmə toru ilə bağlı yaydığı təlimatda bildirib ki, nəqliyyat vasitəsi sarı kəsişmə toruna o vaxt daxil ola bilər ki, onun çıxışı açıq olsun və sarı qutunu dayanmadan tərk etmək üçün torun digər tərəfində kifayət qədər yer olsun. Sola dönmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn nəqliyyat vasitəsinə mane olmamaq şərtilə sarı qutunun içərisində dayanmaq olar.
Yəni, kəsişmənin çıxış hissəsində tıxac varsa, sürücünün sarı kəsişmə toruna daxil olması qadağandır.
Qeyd olunub ki, mövcud qanunvericilikdə də bu məsələ kifayət qədər aydın şəkildə öz əksini tapıb. Belə ki, Yol Hərəkəti Haqqında qanununun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, yolayrıcını keçmə qaydalarının pozulmasına görə 60 manat məbləğində cərimə və üç cərimə balı nəzərdə tutulub.
Lakin təəssüf ki, Bakı şəhərində sürücülər bu qaydaya əməl etmir. Bu da günün pik saatlarında yol kəsişmələrinin qapanmasına səbəb olur. Torun çəkilməsi insanların yol hərəkəti qaydalarına daha ciddi riayət etməsinə yardım edəcək və məlumatverici xarakter daşıyır.
Bəs sarı torlar ölkəmizdə gözlənilən effektliyi qazana biləcəkmi?
DJ Tural Yusifovun sözlərinə görə, sürücü yolayrıcına yaxınlaşdığı zaman hərəkətini elə hesablamaldır ki, qırmızı yandığı zaman bu xəttləmənin üzərində ilişib qalmasın. Qanunvericilikdə olsa da, hazırda çox nadir hallarda buna görə sürücüyə cərimə gəlir:
"Bizim sürücülərin bir çoxu ona yaşıl işıq yandıqda mütləq hərəkət etməli olduğunu düşünür. Amma daim dediyimiz bir məsələ var: Hər yaşıl işıq hərəkətə icazə vermir. Bəs bu qaydalarda varsa və buna görə cərimə çox az yazılırsa, sarı xəttləmə olduqdan sonra düzələcəkmi?
Əslində, bütün qanunların icrası ideal olarsa, heç belə xəttləməyə ehtiyac yaranmaz. Çox təəsüf ki, bizdə bir çox qanunların kağız üzərində qalması, tətbiqdə axsamalar bu və ya digər şəraitdə qanundan yan qaçmağa imkan yaradır. Dediyimiz kimi, qanunda qeyd edilib ki, sürücü tıxac olarsa, yolayrıcına daxil olduqda ona cərimə düşür. İndi xətt çəkildikdən sonra, yenə daxil olduqda ona cərimə düşəcək. Bəs xətt nəyi dəyişəcək ?
İnsan beyni fiziki görmədiyi maneələri qəbul etmir. Bu xəttləmə onlara bir maneə rolu oynaya bilər. Mən qəti şəkildə hamının əməl edəcəyini düşünmürəm. Bizdə qoşa xətt də maneə rolunu oynayır, amma tıxacda qoşa xətti tapdalayan sürücü minlərlədir. 60 manat və 3 cərimə balı heç kimi qorxutmur. Və ya "dayanma və durma qadağandır" nişanını yüz minlərlə sürücü nəzər almır və hətta iki, üçüncü sırada avtomobillərini saxlayırlar. Burda da belə bir təcrübə yaşanacaq. Effekti olacaqmı ? Bunu zaman göstərəcək. Cərimələnmə çıxış yolu olmayacaq. BNA yolayrıclarında tıxacın qarşısını almaq üçün bu dünya təcrübəsini tətbiq etmək istəyir. Və bu, alqışlanandır”.
"Qafqazinfo”
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)