Şriftin ölçüsü / 128 dəfə oxunub

Nurməhəmmədov Qaydasız Döyüş Çempionatı reytinqində 2-ci pilləyə yüksəlib - Rəqibi isə 8-ə endi

09 Oktyabr 2018 [11:28]
 Rusiyalı Həbib Nurməhəmmədov Qaydasız Döyüş Çempionatının (UFC) reytinqində 8-ci yerdən 2-ci pilləyə yüksəlib.

"Report” xəbər verir ki, 30 yaşlı döyüşçü buna ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində yüngül çəkidə irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanaraq, çempion titulunu qoruması sayəsində nail olub. 

Görüşün 4-cü raundunda rəqibin boğma fəndindən sonra təslim olan K.Makqreqor isə 2-ci sıradan 8-ci yerə enib.

Qeyd edək ki, reytinqdə ilk sırada amerikalı Deniel Kormye qərarlaşıb. Onun həmyerlisi Ti Cey Dillaşou isə 3-cü pillədədir.


SON XƏBƏRLƏR