Şriftin ölçüsü / 102 dəfə oxunub

Azərbaycan nefti ucuzlaşdı - Son qiymət

09 Oktyabr 2018 [10:44]

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,5 dollar və yaxud 1,73% azalıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 85,28 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.



SON XƏBƏRLƏR