Şriftin ölçüsü / 149 dəfə oxunub

Azərbaycandan xarici valyuta çıxaran şəxsin cinayət işi məhkəməyə göndərildi

09 Oktyabr 2018 [10:31]
Qaçaqmalçılıq yolu ilə Azərbaycandan külli miqdarda xarici valyuta çıxarmaqda təqsirləndirilən Karanaev Nurmaqomed Maqomedtaqiroviçin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Mia.az "report"a istinadən xəbər verir ki, cinayət işi yekunlaşdırılaraq Bakı Ağır Cinayət Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 18-nə təyin edilib. Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına "Gül kələmi” yükü aparan Rusiya Federasiyası vətəndaşı Karanaev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi "Volvo FN 12” markalı E900XX05/AH264639 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min Rus rublu aşkar edilib.

Daha sonra həbs edilən N.Karanaevin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.



SON XƏBƏRLƏR