Şriftin ölçüsü / 152 dəfə oxunub

İstanbulda yoxa çıxan jurnalistin Səudiyyə konsulluğuna girdiyi anın görüntüləri yayıldı - FOTOLAR

09 Oktyabr 2018 [10:29]

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşən "Vaşinqton Post” qəzetinin səudiyyə ərəbistanılı müxbiri Cəlal Qaşıqçının diplomatik nümayəndəliyə giriş anının görüntüləri yayılıb.

Foto görüntüləri "Haberler” əldə edib.

Təhlükəsizlik xidməti əməkdaşlarının sözlərinə görə, nikah məsələləri ilə bağlı oktyabrın 2-də Baş Konsulluqda C.Qaşıqçı ilə əvvəlcədən görüş təyin edilib. Jurnalistin bu görüşə getdiyi və diplomatik missiyanın binasından çıxmadığı təsbit edilib.

O, binaya daxil olduqdan sonra nişanlısı ondan xəbər tuta bilməyib. Polis C.Qaşıqçının nişanlısının bu məsələdən necə xəbər tutmasını da araşdırır.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, "Vaşinqton Post” qəzetinin müxbiri C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və itkin düşüb. Bundan sonra jurnalist barədə heç bir məlumat əldə etmək mümkün olmayıb. Səudiyyə Ərəbistanının Ankaradakı səfiri oktyabrın 5-də və 8-də Türkiyə  XİN-ə çağırılıb və ondan C.Qaşıqçının konsulluğa daxil olduqdan sonra itkin düşməsi məsələsinə aydınlıq gətirməsi tələb olunub/Report.



SON XƏBƏRLƏR