09-10-2018 [09:43]
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə hazırladığı və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli açıqlanıb.
Mia.az Dövlət İmtahan Mərkəzinə istinadən bildirir ki, yeni modeldə Buraxılış imtahanı (9 illik təhsil bazasında) belə olacaq:
I mərhələ (imtahan müddəti – 3 saat)
Fənnin adı | Maksimal bal | Tapşırıqların sayı | |
1. | Tədris dili (Azərbaycan dili, rus dili) | 30 | 2 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq |
2. | Riyaziyyat | 30 | 10 açıq tapşırıq (həllin yazılması tələb olunan) Cəmi:10 tapşırıq |
3. | Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri) | 30 | 1.Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq ); 2.Oxuyub-anlama mətninə dair 9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq ). Cəmi:15 tapşırıq |
II mərhələ (imtahan müddəti – 2 saat 15 dəqiqə)
Fənnin adı | Maksimal bal | Tapşırıqların sayı | |
1. | Tədris dili (Azərbaycan dili, rus dili) | 70 | 30 qapalı |
2. | Riyaziyyat | 70 | 30 qapalı |
3. | Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) | 70 | 30 qapalı |
Buraxılış imtahanı (11 illik təhsil bazasında) İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti – 3 saat)
Fənnin adı | Maksimal bal | Tapşırıqların sayı | |
1. | Tədris dili (Azərbaycan dili, rus dili) | 100 | Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq. Cəmi: 30 tapşırıq |
2. | Riyaziyyat | 100 | 7 həllin yazılması tələb olunan açıq tapşırıq+5 açıq tapşırıq+13 qapalı tapşırıq. Cəmi: 25 tapşırıq |
3. | Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) | 100 | 1.Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq); 2.Oxuyub-anlama mətninə dair 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ; 3.Dil qaydalarına dair 16 qapalı tapşırıq. Cəmi:30 tapşırıq |
Maksimal bal: 300 Qəbul imtahanı (imtahan müddəti 3 saat)
I qrup | II qrup | III qrup | IV qrup |
Riyaziyyat – 30 tapşırıq (22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya). Nisbi əmsal: 1,5 | Riyaziyyat – 30 tapşırıq (22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya). Nisbi əmsal: 1,5 | Azərbaycan (rus) dili – 30 tapşırıq (22-qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mətn). Nisbi əmsal: 1,5 | Biologiya – 30 tapşırıq (22 qapalı +5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya). Nisbi əmsal: 1,5 |
Fizika 30 tapşırıq (22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) Nisbi əmsal: 1,5 | Coğrafiya – 30 tapşırıq (22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) Nisbi əmsal: 1,5 | Tarix-30 tapşırıq (22-qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mənbə) Nisbi əmsal: 1,5 | Kimya – 30 tapşırıq (22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) Nisbi əmsal: 1,5 |
Kimya-30 tapşırıq (22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) Nisbi əmsal: 1 | Tarix – 30 tapşırıq (22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı mənbə). Nisbi əmsal: 1 | Ədəbiyyat-30 tapşırıq (22 qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mətn) Nisbi əmsal: 1 | Fizika -30 tapşırıq (22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) Nisbi əmsal: 1 |
Maksimal bal: 400
Bildirilib ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.
Bundan başqa, tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqədir.
Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"