Şriftin ölçüsü / 101 dəfə oxunub

Gürcüstanda dövlət idarələrində təcrübə keçmək istəyən milli azlıqlarla bağlı layihə... - Nazir müşavirindən açıqlama

Ayaz Məmmədov: “İş təcrübəsi proqramının əsas məqsədi milli azlıq nümayəndələri olan gənclərin məşğulluğu perspektivlərini yaxşılaşdırmaqır”

09 Oktyabr 2018 [01:02]
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri Dövlət naziri Ketevan Tsixelaşvilinin təşəbbüsü, USAID və Gürcüstanın Birləşmiş Millətlər Assosiasiyasının dəstəyi ilə Gürcüstanın dövlət idarə və müəssisələrində iş təcrübəsi keçmək üçün milli azlıqları təmsil edən azərbaycanlı, erməni, abxaz, osetin və digər gənclər üçün növbəti sınaq layihəsi başlanıb. 

Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, iş təcrübəsi 1+4 proqramı çərçivəsində həyata keçirilir.

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri Dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov www.gaxa.ge saytına açıqlamasında iş təcrübəsi keçmək üçün nazirlik, meriya, quberniya və digər mərkəzi və yerli dövlət idarə və müəsisələrə 500 vakant yer verildiyini qeyd edib. 

Onun sözlərinə görə, oktyabrın 8-dən 22-dək iş təcrübəsinə qatılmaq istəyən gənclərin müraciətlərinə baxılacaq: "İş təcrübəsində 1+4 proqramı üzrə 3-cü və 5-ci kursda təhsil alan tələbələr və magistratura tələbələri iştirak edəcəklər. Onlar 1 aydan 6 aya kimi ümumi Gürcüstan ərazisində fəaliyyət göstərən dövlət idarə və müəssisələrində oktyabrın 8-dən sonra təcrübə proqramına qatılacaqlar”.
 
O, vurğulayıb ki, iş təcrübəsi proqramının əsas məqsədi milli azlıq nümayəndələri olan gənclərin məşğulluğu perspektivlərini yaxşılaşdırmaq, onların gələcək karyeralarına töhfə vermək və milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyasına dəstək göstərməkdir”.

Qeyd edək ki, bu gün Samsxe Cavaxetidə 1+4 proqramı üzrə təhsil alan tələbələrə iş təcrübəsində iştirak etmək üçün müəyyən məlumat verilib. Sabahdan başlayaraq digər bölgələrdə də belə məzmunlu məlumatlar veriləcək.




SON XƏBƏRLƏR