ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Ərdoğan yoxa çıxan jurnalistlə bağlı Səudiyyəyə "dirəndi": "Sübut edin ki, o, konsullqudan çıxıb" - mia.az
Şriftin ölçüsü / 326 dəfə oxunub

Ərdoğan yoxa çıxan jurnalistlə bağlı Səudiyyəyə "dirəndi": "Sübut edin ki, o, konsullqudan çıxıb"

08 Oktyabr 2018 [20:02]

Xəbər verildiyi kimi, "Washington Post” qəzetinin köşə yazarı, Səudiyyə Ərəbistanı əsilli Cemal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanı Krallığının İstanbuldakı Baş Konsulluğunun inzibati binasına daxil olduqdan sonra yoxa çıxıb.

Mia.az bildirir ki, bu hadisə iki dövlət - Türkiyə və Səudiyyə Ərəbistanı arasında böyük gərginliyə səbəb olub.

Türkiyə tərəfi konsulluq binasını və ölkənin bütün sərhəd məntəqələrini bu hadisə səbəbindən nəzarətə götürüb.

Dünya mətbuatı isə jurnalistin konsulluqda öldürüldüyü haqda xəbərlər yayır.

Bu gün Macarıstanda səfərdə olan  Türkiyə prezidenti Ərdoğan  ölkəsində belə bir hadisənin baş verməsindən bir daha təəssüfləndiyini bildirməklə yanaşı, konsulluq binasının kameralarına işarə vuraraq, Səudiyyə Ərəbistana açıq mesaj verib: "Əgər qarşı tərəf deyirsə ki, jurnalist konsulluğun binasından elə həmin gün çıxıb,  o zaman bunu sübut eləsinlər".

Ərdoğan deyib ki,  jurnalistin tapılması istiqamətində gərəkən bütün addımları atacaqlar.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR