Şriftin ölçüsü / 580 dəfə oxunub

Tanınmış jurnalistdən Mikayıl Güləddinoğluna sərt sözlər: “Bir gün səni də diz çökdürəcəklər!”

08 Oktyabr 2018 [18:59]
Bu gün Space TV-də efirə gedən "El bizim, sirr bizim” verilişində qalmaqal baş verib. 

MİA.AZ xəbər verir ki, televiziya aparıcılarının fəaliyyətinin müzakirə olunduğu proqramda tanınmış jurnalist Seymur Verdizadə Space TV-nin "Sevimli mahnı” verilişinin aparıcısı Mikayıl Güləddinoğulunun ünvanına sərt fikirlər səsləndirib.

Seymur Verdizadə əvvəlcə Mikayıl Güləddinoğunu tənqidə dözümlü yanaşmağa çağırıb.

 Jurnalist deyib ki, vaxtilə onu da tez-tez tənqid edirdilər: "Amma mən bu tənqidlərdən heç vaxt qıcıqlanmamışam. Tənqid dost üçündür. Həmişə tənqiddən nəticə çıxarmağa çalışmışam. Siz də bu cür davranmalısınız. Biz tamaşaçıyıq, xalqıq. Siz bizim iradlarımızı dinləməyə borclusunuz”.


Mikayıl Güləddinoğlunun onu sosial şəbəkələrdə təhqir edən bir tamaşaçının evinə gedərək, onun valideynlərini üzr istəməyə məcbur etdiyini deməsi jurnalisti hövsələdən çıxarıb. 

Seymur Verdizadə bu mənfi tendensiyadan əl çəkməyin vaxtının çatdığını bildirib: "Münasibətləri zor müstəvisinə keçirmək olmaz! Mən təhqirin əleyhinəyəm. Amma kompüter qarşısında əyləşib səni təhqir edən adamın kim olduğunu bilmirsən. Bəlkə də onun vəzifəsi sənin vəzifəndən böyükdür. Bəlkə də onun səndən çox pulu var. Bəlkə də o, səndən yüz dəfə güclüdür. Bir gün qarşına səndən güclü adam çıxanda, o da səni diz çökdürəcək. Tamaşaçıya hörmət etmək, onun rəyini nəzərə almaq lazımdır.”




SON XƏBƏRLƏR