Şriftin ölçüsü / 423 dəfə oxunub

İcra başçısı olmayan rayonlar - SİYAHI

08 Oktyabr 2018 [16:44]
Hazırda Azərbaycanda bir neçə rayonun icra başçısı vəzifəsi boşdur.

AzVision.az xəbər verir ki, sonuncu dəfə oktyabrın 5-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Hələlik onun yerinə təynat yoxdur.

İcra başçısı olmayan şəhərlərdən biri Mingəçevirdir. Ölkə başçısının avqustun 28-də imzaladığı sərəncama əsasən, Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Prezidentin digər sərəncamı ilə N.Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bundan başqa Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi hələ də boşdur. Belə ki, iyulun 16-da dövlət başçısının sərəncamına əsasən, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin edilib. O, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edir. E. Əzizov buna qədər Bakının Səbail rayonunun İH başçısı vəzifəsində çalışıb.


SON XƏBƏRLƏR
10:19 22.10.2018
İnam Kərimov Parisdə