"ARB24" xəbər kanalı yayımını bərpa etdi

img

08-10-2018 [16:24]


Bu gündən etibarən "ARB24" televiziyasının yayımı bərpa edilib.

ARB:24-ün Tovuzda yerləşən mərkəzi binası və texniki avadanlıqları Bakıya köçürülüb.İxtisaslaşmış ilk ümumrespublika xəbər kanalı kimi fəaliyyət başlayıb.

Qeyd edək ki, bir neçə gün öncə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Unikal.org-a bildirmişdi ki, Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə "Türkel TV" MMC-yə ümürespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) üçün müddətsiz lisenziya verilib: "Ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq”.
Unikal.org

Digər xəbərlər
SON XƏBƏRLƏR