Şriftin ölçüsü / 163 dəfə oxunub

Lukaşenko Ukraynanın sabiq prezidenti ilə görüşdü: "Sizin sərhəddən Belarusa silah axını var..."

08 Oktyabr 2018 [15:28]
Ukraynadan Belarusa qeyri-leqal yollarla çoxlu sayda silah daxil olur.

Bu barədə Ukraynanın keçmiş Prezidenti Viktor Yuşenko ilə görüşündə Belarus Prezidenti Aleksandr Lukaşenko məlumat verib.

A.Lukaşenko bildirib ki, Ukraynada baş verən hadisələrin, gedən proseslərin Belarusa təsiri böyükdür.

  "Xüsusilə Ukrayna sərhədlərindən Belarusa silahların axını bizi narahat edir. Biz onların əksəriyyətini müsadirə edirik”, – deyə Belarus Prezidenti əlavə edib.

Görüşdə Ukrayna daxilində gedən proseslər, iki ölkə arasında münasibətlərin tarixi və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb/Azərtac.


SON XƏBƏRLƏR