Ramil Usubovdan daha bir dəyişiklik - Abdulla Qurbaninin oğlunun yerinə təyinat

img

08-10-2018 [15:16]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Dövlət Yol Polisində növbəti kadr dəyişikliyi edib.

Mia.az unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun müvafiq əmri ilə polis kapitanı Cavid İsgəndərzadə Suraxanı rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Sözügedən xəbəri Unikal.org-a Suraxanı rayon Dövlət Yol Polisi (DYP) Şöbəsindən təsdiqləyiblər.

Qeyd edək ki, Suraxanı rayonun Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəis müavini Novruz Abdulla oğlu Qurbani idi. O, Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəis müavini, hərbi xidmətdən tərxis edilmiş polkovnik Abdulla Qurbaninin oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR