“Ocaq” adlı psixoloji dramı əsasında yenidən tamaşa səhnələşdirilib

img

08-10-2018 [14:55]


Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında Turqut Özakmanın "Ocaq” adlı psixoloji dramı əsasında yenidən tamaşa səhnələşdirilib.

Türk yazıçısı Turqut Özakmanın "Ocaq” adlı psixoloji dramı Sumqayıt Dövlət Dram Teatrı 50 –ci mövsümününə təsadüf edib və qeyd etmək lazımdır tamaşa baxıcılar tərəfin maraqla qarşılanıb.

"Ocaq” psixoloji dramı əməkdar artist Firudin Məhərrəmovun yozumunda səhnə həlli tapıb. Bir ailənin iztirab və təbəddülatları konteksində cəmiyyətin müxtəlif sosial və yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə açılır. Tamaşada obrazları əməkdar artistlər Növrəstə Həşimova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Sədaqət Nuriyeva, İlahə Səfərova, Habil Xanlarov və Şəmistan Süleymanlı canlandırıb.

YAP Sumqayıt şəhər təşkilatının əməkdaşları səhnəyə gül çələngin təqdim ediblər.

Sonda YAP Sumqayıt təşkilatının əməkdaşları xatirə dəftərində öz qeydlərin edərək xatirə şəkili çəkdiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR