Orfoqrafiya qaydaları layihəsi Nazirlər Kabinetinə təqdim edilib

img

08-10-2018 [14:29]


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini Nazirlər Kabinetinə təqdim edib.

Bunu "Report"a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu məlumat verib.

O bildirib ki, layihənin son variantı 62 maddədən ibarətdir: "Maddələrin hamısı yeni deyil, bəzi maddələr dəyişib".

Qeyd edək ki, bir neçə aydır aparılan Orfoqrafiya qaydaları layihəsi ilə bağlı müzakirələrə sentyabr ayının 13-də keçirilən Orfoqrafiya Komissiyasının iclasında yekun vurulub. Nazirlər Kabineti layihəni təsdiqləyəndən sonra yeni orfoqrafiya qaydaları qüvvəyə minəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR