Şriftin ölçüsü / 153 dəfə oxunub

Bakı metrosunda problem - Qatar boşaldıldı

08 Oktyabr 2018 [14:21]
Bu gün saat 11 radələrində metronun "20 Yanvar” stansiyasında problem yaşanıb.

Mia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə istifadəçiləri paylaşıb. Məlumata görə, sərnişinlərə "20 Yanvar” stansiyasında qatarı tərk etmələri tapşırılıb. Növbəti gələn qatara isə sərnişinlərin minməsinə icazə verilməyib. Metropoliten əməkdaşları sərnişinlərə məlumat vermədikləri üçün metroda həyəcan yaşanıb.

Məsələ ilə bağlı danışan Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qatar texniki nazaslıq səbəbindən boşaldılıb:

"Saat 10:46-da "Elmlər Akademiyası” stansiyasında maşinist qatarda texniki nasazliq aşkar edib. Sərnişinlır "20 Yanvar” stansiyasında düşürülüb və qatar sərnişinsiz gedib. Həmin qatarın ardınca isə sınaq qatarı xəttə buraxılıb. Sınaq qatarı təmirin ən son mərhələsində xətdə yoxlamaq üçün verildiyindən, sərnişinsiz hərəkət edib”.



SON XƏBƏRLƏR