Şriftin ölçüsü / 98 dəfə oxunub

Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinə yeni sədr təyin olundu

08 Oktyabr 2018 [14:02]
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinə yeni sədr təyin olunub.

Bunu birliyin katibi Rəşad Məcid bildirib. Onun sözlərinə görə, AYB-nin Moskva bölməsinin sədri vəzifəsi tərcüməçi, tənqidçi, publisist Abuzər Bağırova həvalə edilib.

İndiyə qədər bölməyə Tofiq Məlikli rəhbərlik edib. R.Məcid deyib ki, AYB rəhbərliyi sədr kimi gördüyi işlərə görə Tofiq Məlikliyə təşəkkür elan edib.

Qeyd edək ki, Abuzər Bağırov 1954-cü il dekabrın 17-də Azərbaycanın Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində (indiki Miskinli) anadan olub. Burada kənd orta məktəbini bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirib.. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Puşkin rayonunda (indiki Biləsuvar rayonu) Ş.Qurbanov adına 2 saylı orta məktəbdə müəllim kimi başlayıb. SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsində müxtəlif vəzifələrdə (Natəvan adına Yazıçılar klubunun müdiri, Şüvəlandakı Səməd Vurğun adına Yazıçıların yaradıcılıq evinin direktoru) işləyib. Sonra Moskvada Peredelkino SSRİ ədəbiyyat fondunda təminat şöbəsində rəis müavini olunub. Bədii yaradıcılığa 70-ci illərin axırlarından başlayıb. Onun tərcümələri, ədəbi tənqidi məqalələri dövri mətbuatda müntəzəm çap edilir. 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
"Report”


SON XƏBƏRLƏR