Sosial şəbəkələrdə yayılan rəqəmlər işsizlərin sayını... - Komitə açıqladı + SİYAHI

img

08-10-2018 [12:34]


"Sosial şəbəkələrdə yayılan rəqəmlər Azərbaycandakı işsizlərin sayını göstərmir, orada işsizlikdən sığorta ödənişi alanların sayı əks olunub".

Mia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Dövlət Statistika Komitəsinin (DSK) Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə deyib.

O bildirib ki, işsizlikdən sığorta ödənişini işsiz statusu alan şəxslər ala bilərlər: "Qeyd olunan məlumatları Komitə rəsmi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alır. Rəsmi məlumatlara görə, sentyabr ayının 1-i vəziyyətinə ölkədə 35 440 nəfər işsiz statusu alan şəxs var".

Şöbə müdiri sosial şəbəkələrdə yayılan siyahıdakı rayonlar üzrə işsiz statusu və işsizlikdən sığorta ödənişi alan şəxslərin siyahsını da açıqlayıb.

Siyahını təqdim edirik:

Azərbaycanda olan rəsmi işsiz statusu alanların sayı

Tovuz rayonu üzrə 230

Goranboy rayonu üzrə 174

Ağstafa rayonu üzrə 151

Daşkəsən rayonu üzrə 3

Balakən rayonu üzrə 181

Qəbələ rayonu üzrə 127

Astara rayonu üzrə 92

Qusar rayonu üzrə 99

Beyləqan rayonu üzrə 170

Ağcabədi rayonu üzrə 313

İşsizlikdən sığorta ödənişi alanların sayı

Tovuz rayonu üzrə 6

Goranboy rayonu üzrə 4

Ağstafa rayonu üzrə 3

Daşkəsən rayonu üzrə 3

Balakən rayonu üzrə 3

Qəbələ rayonu üzrə 3

Astara rayonu üzrə 1

Qusar rayonu üzrə 1

Beyləqan rayonu üzrə 1

Ağcabədi rayonu üzrə 1


Digər xəbərlər
SON XƏBƏRLƏR