Parlamentdə 3 gün büdcə müzakirə olunacaq

img

08-10-2018 [11:40]


2019-cu il üzrə dövlət büdcəsində artımlar gözlənilir. Hələlik artımın nə qədər olduğu açıqlanmır.

Qeyd olunub ki, müəyyən istisnalarla son illərdə daim büdcədə əvvəlki illə müqayisədə artımlar olub: "Büdcəyə sonradan dəyişikliklər nəticəsində artımlar edilib. Bildiyiniz kimi, 2018-ci ilin büdcəsinə də bu ilin növbədənkənar sessiyasında dəyişiklik edildi, dövlət büdcəsinə təxminən 2 milyarddan bir qədər artıq artım əlavələr edildi. Odur ki, növbəti ilin büdcəsində artım olacağı gözlənilir.

Həmçinin bildirilib ki, büdcədə bir sıra sahələr üzrə də əvvəlki illə müqayisədə azaldılmalar edilməsi nəzərdə tutulub.

Bununla yanaşı, qeyd edək ki, 2019-cu il dövlət büdcəsi və icmal büdcəsi layihələrinin MM-də müzakirə ediləcəyi tarix də məlum olub.

Büdcə zərfinə daxil olan layihələr parlamentin noyabrın 13-14-15-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Sənədlər eynin zamanda, yaxın vaxtlarda MM-ə göndəriləcək və ilkin olaraq, komitə iclaslarında müzakirələrdən keçiriləcək, sonra isə plenar iclaslara tövsiyə olunacaq.

Büdcə zərfi ilə bağlı deputatları maliyyə naziri Samir Şərifov məlumatlandıracaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR