Şriftin ölçüsü / 103 dəfə oxunub

Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq - Sürücülərə xəbərdarlıq

08 Oktyabr 2018 [10:52]
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq.

Mia.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu gün və sabah saat 23:00-dan saat 06:00-a qədər (7 saat) Bakının Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində aparılacaq təmir işləri ilə bağlı hərəkət məhdudlaşdırılacaq:  "Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik”.


SON XƏBƏRLƏR