Şriftin ölçüsü / 137 dəfə oxunub

83 ədəd yulğun kolunu kökündən çıxaran Salyan sakini ilə bağlı sərt qərar - 6640 manat cərimə və...

08 Oktyabr 2018 [10:47]
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Sabirabad rayon Salmanlı kəndi ərazisində yaş köküstə 83 ədəd yulğun kolunun kökündən çıxarıldığını aşkar ediblər.

Mia.az ETSN-ə istinadən xəbər verir ki, araşdırma zamanı yulğun kollarının Salyan rayon Yuxarı Noxudlu kənd sakini Vaqif Babayev tərəfindən çıxarıldığı məlum olub:

"Faktla bağlı V.Babayev barəsində akt tərtib olunub və təbiətə 6640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Sabirabad rayon Prokurorluğuna göndərilib".


SON XƏBƏRLƏR
10:19 22.10.2018
İnam Kərimov Parisdə