Şriftin ölçüsü / 405 dəfə oxunub

Azərbaycan cüdoçusu Olimpiya çempionu oldu - Argentinada + FOTO

07 Oktyabr 2018 [23:45]

Azərbaycan cüdoçusu Vüqar Talıbov Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi olub.

66 kq çəki dərəcəsində çıxış edən 15 yaşlı idmançı finalda rusiyalı Abrek Naquçevi 2 dəqiqə 3 saniyəyə ipponla məğlub edib.

Bununla da Talıbov Buenos-Ayres olimpiadasında ilk qızıl medalın sahibi olub. O, həm də yeniyetmələr arasında olimpiya çempionu olan ilk cüdoçu kimi tarixə düşüb.

Daha əvvəl 2014-cü il Nankin olimpiadasında Leyla  Əliyeva (44 kq) və Natiq Qurbanlı (55 kq) gümüş medal əldə etmişdilər/Report.



SON XƏBƏRLƏR