Həbsdə tutulan "İnterpol"un prezidenti istefa məktubu yazıb: "İstəyi dərhal qüvvəyə mindi"

img

07-10-2018 [23:09]


İnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Men Xunvey istefa verib.

"Reuters" xəbər verir ki, bu barədə məlumat beynəlxalq polisin "Twitter" səhifəsinə yerləşdirilib.

"Bu gün, oktyabrın 7-də, İnterpolun Fransanın Lion şəhərindəki Baş Katibliyinə cənab Men Xunveydən İnterpol prezidenti postundan istefa verməsi barədə ərizə daxil olub, o dərhal qüvvəyə minir", - deyə bəyanatda bildirilir.

Hazırda Cənubi Koreya vətəndaşı Kim Yonq Yanq prezidentin vəzifələrinin icraçısı təyin edilib. Yeni prezident noyabrda Dubayda Baş Assambleyanın iclasında seçiləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR