"Bu, artıq "Bakubus" sürücülərinin yeni özbaşınalığıdır..." - Jurnalistdən BNA-ya mesaj

img

07-10-2018 [20:17]


"Bu, artıq "Bakubus" sürücülərinin yeni özbaşınalığıdır. Deməli, Bakubus xətində olan sürücülərdən heç kim dayanacaq olmayan yerlərdə saxlamağı tələb etmir. Ancaq sürücülər yeni xəstəliyə yoluxub- sərnişinlərin az istifadə etdiyi dayanacaqlarda saxlamırlar".

Mia.az xəbər verir ki, bu sözləri jurnalist Qadir İbrahimli feysbuk-dakı səhifəsində yazıb.

O, bildirib ki, qeyd etdiyi hallar "Bakubus"un ən bahalı marşurutuna - 125 saylı xəttin sürücülərinə aiddir!

Xatırladaq ki, bu marşrut xəttinin sürücüləri Səbail ərazisində "Jurnalistlərin binası" kimi tanınan ərazidəki dayanacaqda da bəzi hallarda saxlamır. 

Bununla bağlı Bakı Nəqliyyat Agentliyinə edilən şikayətlər də nəticəsiz qalıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR