ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Sambo yığmamız beynəlxalq turniri 5 medalla başa vurub - Tatarıstanda - mia.az
Şriftin ölçüsü / 129 dəfə oxunub

Sambo yığmamız beynəlxalq turniri 5 medalla başa vurub - Tatarıstanda

07 Oktyabr 2018 [18:03]
Kazanda Tatarıstan Respublikası Prezidentinin mükafatı uğrunda "A” kateqoriyalı beynəlxalq turnir oktyabrın 6-da başa çatıb.

Yarışlarda Azərbaycanın sambo üzrə yığma komandasının tərkibində Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq), Fuad Məmmədov (62 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Samir Kərimov (74 kq), Abdulla Abdullayev (74 kq) və Ceyhun Hüseynov (82 kq) mübarizə aparıblar.

Sambo üzrə yığma komandanın baş məşqçisi Bəxtiyar Hacıyevin AZƏRTAC-a verdiyi məlumata görə, Azərbaycan yığması beynəlxalq turniri uğurla başa vurub. İdmançılarımızdan 4-nün yalnız finalda məğlub olduğunu bildirən baş məşqçi deyib: "Ağasif Səmədov (52 kq), Cavidan Qarayev (62 kq), Abdulla Abdullayev (74 kq), Emil Həsənov (68 kq) gümüş medal qazanıblar. Fuad Məmmədov (62 kq) isə turniri üçüncü pillədə başa vurub”.

O, həmçinin qeyd edib ki, bu turnir Belarusun paytaxtı Minskdə keçiriləcək ikinci Avropa Oyunlarına lisenziya xalı verən son yarış olduğu üçün xüsusi əhəmiyyət daşıyırdı. "Bir aydan sonra komandamız Buxarestdə kişilər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək. Mundial həm də Minskdəki Avropa Oyunlarına ən yüksək xal verən əsas yarışdır”, deyə o əlavə edib.

Qeyd edək ki, Kazanda Tatarıstan Respublikası Prezidentinin mükafatı uğrunda "A” kateqoriyalı beynəlxalq turnir oktyabrın 4-də start götürmüşdü. Rumıniyanın paytaxtı Buxarestdə kişilər arasında dünya çempionatı isə noyabrın 8-dən 12-dək keçiriləcək.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR