Pompeodan Pxenyan səfəri haqda ilk açıqlama: "Kim Çen Inla görüşüm əla oldu..."

img

07-10-2018 [15:07]


ABŞ dövlət katibi Maykl Pompeo Pxenyana səfər edərək KXDR lideri Kim Çen Inla görüşüb.

Bu barədə Ağ Ev rəsmisi "Twitter" səhifəsində yazıb.

"Kim Çen Inla görüşmək üçün Pxenyana səfərim əla oldu. Biz Sinqapurda keçirilən sammitdə əldə olunmuş sazişlər üzrə irəliləyişə nail olmaqda davam edirik", - deyə Pompeo "Twitter"dəki səhifəsində yazıb.

Bu, Pompeonun Pxenyana dördüncü səfəridir. O, ilk dəfə KXDR-ə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri kimi bu ilin aprelində səfər edib.

ABŞ-ın dövlət katibi bundan əvvəl Tokioda olub. O, Yaponiya paytaxtında baş nazir Sindzo Abe və ölkənin xarici işlər naziri Taro Kono ilə görüşüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR