"O, mənim dinim, ölkəm, atam barədə..." - Nurməhəmmədov üzr istədi + VİDEO

img

07-10-2018 [12:20]


Rusiyalı samboçu Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə irlandiyalı Konor Makqreqorla çempion titulu uğrunda döyüşdən sonrakı hərəkətinə görə üzr istəyib.

İdmançı hərəkətindən peşman olduğunu deyib.

"Mən Las-Veqas və Nevada ştatının Atletika Komissiyası qarşısında üzr istəmək istərdim. Bu, mənim pis hərəkətim idi. Niyə hamı bu haqda danışır, amma Konorun döyüşdən əvvəl söylədiklərini demirlər? O, mənim dinim, ölkəm, atam barədə danışdı, təhqir etdi, avtobusa hücum etdi, bəs buna nə deyərdiniz?" – deyə rusiyalı bildirib.

İdmançı əlavə edib ki, çempionluq kəməri hələ ondadır: "Mən daha məğlubedilməz çempionam".

Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar. Nurməhəmmədov həmin raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR