Bakı meriyası "Qış parkı"nın yanına köçürülür? - Eldar Əzizovdan reaksiya: "Dəyərləndirmək olar”

img

07-10-2018 [11:49]


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının köçürülməsilə bağlı məlumatlar dolaşmaqdadır. 

İcra Hakimiyyətindəki mənbənin verdiyi məlumata görə, bir müddət sonra Meriyanın Bakı şəhəri, İstiqlaliyyət küçəsi 18-də ("İçərişəhər” metrostansiyasının yaxınlığında) yerləşən binasının köçürüləcəyi gündəmdədir. Hətta Meriyanın yeni binasının yeri də artıq müəyyənləşib. Bunun üçün ən münasib yer olaraq "Qış parkı”nın yaxınlığı seçilib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov məsələ ilə bağlı Modern.az-ın sualını cavablandırıb.

O bildirib ki, Meriyanın köçürülməsilə bağlı məlumatı yeni eşidir:

"Bu barədə ilk sizdən eşidirəm. Amma istənilən halda çox maraqlı məlumatdır. Dəyərləndirmək olar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR