Terimin dəyişikliyi 2 dəqiqəyə effekt verdi: "Qalatasaray" belə qələbə qazandı - VİDEO

img

07-10-2018 [00:32]


Türkiyə Super Liqasında 8-ci turunda "Qalatasaray" səfərdə "Antalyaspor”a qalib gəlib.

Mia.az xəbər verir ki,  oyunun ilk dəqiqələrindən hücumda oynayan və rəqibini sonadək basqı quran "Qalatasaray" qolu 87-ci dəqiqədə vura bilib.

Belə ki, Baş məşqçi Fateh Terimin 85-ci dəqiqədə meydana buraxdığı Ryan Donk cəmi 2 dəqiqə sonra başla topu qapıya yönəldib - 0-1.

Bu minimal hesablı qələbə sayəsində "Qalatasaray” rəqiblərinin oyunundan aslı olmayaraq, növbəti həftəyədək liderliyini  qoruyub.


Digər xəbərlər
SON XƏBƏRLƏR