ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Rusiyada iki il əvvəl itkin düşən Azərbaycan vətəndaşı qətlə yetirilibmiş... - Təfərrüat + FOTO - mia.az
Şriftin ölçüsü / 219 dəfə oxunub

Rusiyada iki il əvvəl itkin düşən Azərbaycan vətəndaşı qətlə yetirilibmiş... - Təfərrüat + FOTO

06 Oktyabr 2018 [18:30]
Rusiyada iki il əvvəl itkin düşən Azərbaycan vətəndaşının qətlə yetirildiyi məlum olub.

"Report”un Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Ramal Fərman oğlu 2016-cı ilin aprelin 23-də Rusiyanın İrkutsk şəhərində itkin düşüb.

Belə ki, 32 yaşlı azərbaycanlı evdən çıxaraq işlədiyi İrkutsk şəhərinin mərkəzi bazarına gedib və bir daha geri qayıtmyıb. Bir müddət əvvəl Rusiyanın hüquq-mühafizə orqanlarına Ramal Əliyevin digər azərbaycanlı tərəfindən qətlə yetirildiyi barədə məlumat daxil olub.

Mərhumun atasının bildirdiyinə görə, oğlu İrkutsk şəhərində yerləşən mənzillərdən birində görüşəcəyi şəxs tərəfindən baş nahiyəsindən çəkiclə vurularaq qətlə yetirilib. Daha sonra meyit evdən çıxarılaraq şəhər kənarında qarın altında gizlədilib. DNK analizi nəticəsində tapılan meyitin Ramal Əliyevə məxsus olduğu aydınlaşıb.

Qətli törədən şəxs həbs olunub.

R.Əliyevin meyiti Azərbaycana gətirilib və Sabirabad rayonunun Minbaşı kəndində dəfn olunacaq. 

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR