Şriftin ölçüsü / 96 dəfə oxunub

Kimya Qoşunlarında xüsusi texnika payız-qış mövsümünə keçid etdi

06 Oktyabr 2018 [13:04]
Azərbaycan ordusunun Kimya Qoşunlarının hərbi hissəsində silah və texnikanın payız-qış mövsümi istismarı şəraitinə keçidi təşkil olunub.

Bu barədə Mia.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müxtəlif təlim nöqtələrində keçirilən məşğələnin əsas məqsədi xüsusi texnikalara mövsümi qulluq göstərilməsi zamanı hərbi qulluqçular tərəfindən görüləcək işlərin həcmini və ardıcıllığını praktiki şəkildə nümayiş etdirmək, eləcə də bu sahədə şəxsi heyətin bilik və bacarıqlarını artırmaq olub.

Hərbi hissənin sıra meydanı və parkında keçirilən məşğələdə texniki heyət məşğələ rəhbəri tərəfindən qarşıya qoyulan tapşırıqları yerinə yetirib.




SON XƏBƏRLƏR
10:19 22.10.2018
İnam Kərimov Parisdə