FHN Göygöldəki qəza ilə bağlı məlumat yaydı - “Shacman” iki nəfərin üstünə aşıb

img

06-10-2018 [12:04]


Fövqəladə Hallar Nazirliyi (FHN) Göygöldə baş verən qəza ilə bağlı məlumat yayıb.

Mia.az FHN-ə istinadən xəbər verir ki, Göygöl rayonunda "Shacman” markalı yük avtomobili 2 nəfərin üzərinə aşıb.

Hadisə yerinə cəlb olunmuş Gəncə Reqional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilinin altında sıxılmış vəziyyətdə qalmış 1967-ci il təvəllüdlü Verdiyev Niyazi Mircəfər oğlunun və 1966-cı il təvəllüdlü İmanov Elman Saleh oğlunun meyitlərini nəqliyyat vasitəsinin altından çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 Əməliyyat başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR