Oqtay Əsədov və deputatlar Antaliyaya gedir - Səbəb

img

06-10-2018 [11:45]


Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyətimiz oktyabrın 8-9-da Türkiyənin Antalya şəhərində keçiriləcək Avrasiya ölkələri Parlament sədrlərinin 3-cü görüşündə iştirak edəcək. 

Mia.az Milli Məclisə istinadən bildirir ki, tədbirə 40-dan artıq ölkənin parlament nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılacaq:

"Nümayəndə heyətimizin tərkibinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Toplantıda "Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf” mövzusunda müzakirələr aparılacaq. Mövzu ilə əlaqədar Milli Məclisin Sədri çıxış edəcək. Burada parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub". 

Digər xəbərlər
SON XƏBƏRLƏR