ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Bişkekdə keçirilən İpək Yoluna Dəstək Qrupunun iclası... - 2019-cu il fəaliyyətiylə bağlı qərarlar qəbul olundu - mia.az
Şriftin ölçüsü / 160 dəfə oxunub

Bişkekdə keçirilən İpək Yoluna Dəstək Qrupunun iclası... - 2019-cu il fəaliyyətiylə bağlı qərarlar qəbul olundu

05 Oktyabr 2018 [20:25]
Oktyabr ayının 5-də Bişkek şəhərində ATƏT PA-nın payız sessiyası çərçivəsində İpək Yoluna Dəstək Qrupunun iclası keçirilib. 

Mia.az-ın məlumatına görə, ATƏT PA-nın vitse-prezidenti, İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev giriş nitqiylə çıxış edərək iclası açıq elan edib.

İclasda təşkilati məsələlərə baxılaraq, Qrupun nizamnaməsinə dəyişiklik və beynəlxalq tədbirlərin keçirilməsi haqda qaydalar müzakirə edilib.

ATƏT PA-nın sədri Georgi Tsereteli Qrupun əhəmiyyətini vurğulayaraq, birgə əməkdaşlığın qurulması və müsbət təcrübələrin bölüşdürülməsində Parlament Assambleyasının uğurlu platforma kimi fəaliyyət göstərdiyini bildirib.

ATƏT PA-nın baş katibi Roberto Montella Qrupun fəaliyyətinə marağın artmasının sevindirici hal olduğunu və onun gördüyü işləri yüksək qiymətləndirdiyini deyib. R. Montella bu işlərin Parlament Asasambleyasının ümumi fəaliyyətinə vacib töhfə olduğunu vurğulayıb.

Avstriya nümayəndə heyətinin üzvü Aksel Kassegger 2019-cu ilin fevralında İpək Yoluna Dəstək Qrupunun növbəti konfransına rəsmi Vyananın ev sahibliyi etməsi təklifiylə çıxış edib. A. Kassegger konfrans çərçivəsində müvafiq nazirlik və şirkətlərin fəaliyyəti ilə tanışlığın nəzərdə tutulduğunu bildirdi. Təklif iştirakçılar tərəfindən müsbət qarşılanıb və Qrupun növbəti konfransının Vyanada keçirilməsi qərara alınıb. 

Belarus nümayəndə heyətinin üzvü Andrey Rıbak 2019-cu ilin may ayında keçirilməsi nəzərdə tutulan Minsk konfransı haqqında ətraflı məlumat verib. Andrey Rıbak deyib ki, Minsk konfransının keçirilməsində Belarus tərəfinin marağı böyükdür və onun yüksək səviyyədə keçiriləcəyinə hamı əmin ola bilər. 

İpək Yoluna Dəstək Qrupunun sədr müavini, İsveçrə nümayəndə heyətinin üzvü Fillippo Lombardi isə 2019-cu ilin sentyabr ayında keçirilməsi planlaşdırılan İşveçrə konfransı haqda məlumatları iclas iştirakçıları ilə paylaşıb. O, İsveçrə konfransının Andermatda keçirilməsinin nəzərdə tutulduğunu və tədbir çərçivəsində iş adamları ilə birgə panellərin təşkil olunacağını bildirib. 
İclasın sonunda qrupun gələcək fəaliyyəti barədə təkliflər müzakirə edilib.

 Xatırladaq ki, İpək Yoluna Dəstək Qrupun ilk Konfransı 2018-ci ilin 13-14 mart tarixlərində Bakı şəhərində keçirilib.


Digər Xəbərlər

ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR