Azərbaycanın şahmat yığmaları medalsız qalıb - Olimpiada

img

05-10-2018 [18:05]


 Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.

"Report” xəbər verir ki, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları sonuncu – XI turda müvafiq olaraq Serbiya və Vyetnam komandaları ilə qarşılaşıblar.

Kişilərdən ibarət kollektiv rəqibi 4:0 hesabı ilə məğlub edərək xallarını 15-ə çatdırıb və yarışı 15-ci pillədə başa vurub. İlk 3 yerdə qərarlaşan ABŞ, Rusiya və Çin eyni – 18 xal toplayıb. Lakin əlavə əmsallara görə ABŞ Olimpiadanın qalibi olub.

Qadınlardan ibarət milli isə son oyunda heç-heçə etməklə xalını 16-ya yüksəldib və yekunda 9-cu yeri tutub. Çin və Ukrayna 18 xal toplasa da, asiyalılar əlavə əmsallara görə birinci olub.

Ümumdünya Şahmat Olimpiadası

XI tur

Kişilər

Serbiya - Azərbaycan - 0:4

Duşan Popoviç - Teymur Rəcəbov - 0:1

Miloş Roqanoviç - Arkadi Naydiç - 0:1

Marko Neneziç - Rauf Məmmədov - 0:1

Velimir İviç - Eltac Səfərli - 0:1

Qadınlar

Vyetnam - Azərbaycan - 2:2

Vo Thi Kim Funq - Günay Məmmədzadə - 0:1

Fam Le Thao Nquen - Zeynəb Məmmədyarova - 0,5:0,5

Thi Bao Tram Hoanq - Gülnar Məmmədova - 0,5:0,5

Thi Mai Hunq Nquyen - Ülviyyə Fətəliyeva - 1:0

Digər xəbərlər
SON XƏBƏRLƏR